Xəbər lenti

Orxan Abbasov səyyar qəbul keçirdib Fotolar

Tarix: 11-06-2025 16:29     Baxış: 973

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 11.06.2025-ci il tarixdə Dəvrallı və Güneykənd kəndləri sakinlərinin səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Güneykənd kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, Dəvrallı və Güneykənd kəndlərinin sakinləri iştirak ediblər.  

İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunun bütün sahələrində davamlı inkişafın olduğunu və sakinlərin rifahının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin mütəmadi həyata keçirildiyini deyib. Eyni zamanda, ötən dövrlərdə Qabaqtəpə inzibati ərazi vahidliyində görülmüş işlərdən, nəzərdə tutulan layihələrdən söz açıb. Qəbulda həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verilib, xidmətin əlçatanlıq və üstünlükləri diqqətə çatdırılıb və ehtiyac yarandığı halda https://rih.gov.az/ platformasından istifadə etmələri sakinlərə tövsiyə olunub.

Sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasov müraciətlərə dair müvafiq qurumlara tapşırıq və tövsiyələrini verib. Bəzi müraciətlərin icrası yerində təmin edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən sakinlər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar