Xəbər lenti

Seymur Orucov vətəndaşlarla görüşüb Fotolar

Tarix: 11-06-2025 15:49     Baxış: 826

Ağstafa RİH başçısı Poylu qəsəbəsində vətəndaşların təklif və müraciətlərini qəbul edib.

Mubarizciler.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Poylu qəsəbəsində keçirdiyi növbəti səyyar qəbulda vətəndaşları maraqlandıran və narahat edən məsələləri araşdırıb, mövcud çatışmazlıq və nöqsanların aradan qaldırılması istiqamətində nəzarət qaydasında aidiyyəti üzrə müvafiq göstərişlərini verib.

 Səyyar qəbulda, o cümlədən yerli hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, müvafiq idarə, müəssisə və təşkilatların nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər. 

RİH baçışı çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən milli inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycanı güclü iqtisadiyyata və orduya, dünya birliyində mötəbər mövqeyə sahib çıxarıb. Dövlətimizn siyasətinin ana xəttini əhaliyə diqqət və qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi təşkil edir. 

Səyyar qəbulda çıxış edən Poylu qəsəbə sakinləri, Gülnarə Hüseynova və Tahir İbrahimov ölkə rəhbərliyinin tapşırığı ilə Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq, sosial infrastruktur layihələrin rayon ictamiyyəti tərəfindən əhalinin firəvanlığına hesablanmış addım kimi qiymətləndirildiyini vurğulayıb, ümumilikdə ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik və əmin-amanlığa görə dərin minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar