Xəbər lenti

Rəşad Tağıyev vətəndaşları qəbul edib Fotolar

Tarix: 11-06-2025 15:29     Baxış: 1 729

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev növbəti dəfə rayon sakinlərini fərdi qəbul edib, müraciətlərini dinləyib.

Mubarizciler.az xəbər verir ki, qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib. Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib.

Qeyd edək ki, vətəndaşlar RİH başçısının qəbuluna ((050) 511-21-61) Qaynar Xətt nömrəsinə zəng vuraraq və ya elektron qaydada (rih.gov.az) yazıla bilərlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar