Xəbər lenti

Balakən polisi məktəblilərin qonağı olub Fotolar

Tarix: 10-06-2025 13:17     Baxış: 1 323

Balakən Rayon Polis Şöbəsində narkomaniyanın fəsadları barədə məktəblilərin məlumatlandırılması və gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilməsi ilə bağlı görüş təşkil olunub. 

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə yuxarı sinif şagirdləri, onların valideynləri, müəllimlər və polis əməkdaşları iştirak ediblər.

RPŞ-nin rəisi polis polkovniki Çingiz Aslanov narkotik vasitələrin zərərlərindən, ölkəmizdə “ağ ölüm”ə qarşı aparılan qətiyyətli mübarizədən danışıb. Həmçinin ali təhsil müəssisələrinə hazırlaşan və daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasında təhsilalmanın üstün cəhətləri barədə ətraflı məlumat verib. 

Polis Akademiyasının əməkdaşı Eldəniz Kazımov isə qocaman təhsil müəssisəsinə qəbul qaydaları ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıb, burada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən söz açıb. 

Sonda Polis Akademiyasındakı tədris prosesini əks etdirən videoçarx nümayiş olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar