Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Qurban bayramı münasibətilə Tərtərdə şəhid ailələri ziyarət edilib Fotolar

Tarix: 06-06-2025 17:56     Baxış: 1 428

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Qurban bayramı münasibətilə Tərtər rayonunda Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuş rayonun Qaradağlı kəndindən olan şəhid Hüseynov Aslan Malik oğlunun ailəsində olub.

Mubarizciler.az xəbər verir ki, o, şəhid ailəsini Qurban bayramı münasibətilə təbrik edib.

Görüşdə, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon ağsaqqalları və şəhid ailələrinin üzvləri iştirak edib.

Millət vəkili və icra başçısı şəhid Aslanın xatirəsini yad edib, şəhidlə bağlı ailənin xatirələri dinləyib, Aslan Hüseynovun keçdiyi döyüş yoluna nəzər salıb.

Daha sonra Qurban bayramı münasibətilə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə şəhid ailələri, qazilər, aztəminatlı ailələr və din xadimlərinə bayram sovqatı paylanılıb.

Bayram sovqatı alan sakinlər onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar