Xəbər lenti

Goranboyun İcra başçısı şəhid ailələri ilə görüşüb Fotolar

Tarix: 06-06-2025 14:22     Baxış: 2 576

Goranboyda, Qurban bayramı münasibətilə şəhid ailələri və qazilərlə növbəti görüş Səfikürd kəndində keçirildi

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, “konstitusiya və suverenlik ili” ilə bağlı keçirilən ümumrayon tədbirləri çərçivəsində, Qurban bayramı münasibətilə rayonun xidmət sahələrinin rəhbərləri ilə birgə, Səfikürd kəndində Vətən Müharibəsi şəhidi  Nofəl Behbudovun  ailəsinə məxsus yaşayış evinin həyətində Səfikürd, Tatarlı, Hacallı, Qarqucaq, Şəfibəyli, Zeyvə və Şəfəq kəndlərindən olan şəhid ailələri və qazilərlə görüş keçirdi. İcra Başçısı şəhid ailələri və qazilərin sosial qayğıları ilə maraqlandı, çay süfrəsi arxasında səmimi söhbətlər aparıldı.

Sonda şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar