Xəbər lenti

Naftalanda “İnsan Hüquqları” mövzusunda tədbir keçirildi Fotolar

Tarix: 05-06-2025 21:04     Baxış: 714

Konstitusiya və Suverenlik İli, “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman aparatı, Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycanda insan hüquqları sahəsində hüquq və siyasət quruculuğu” mövzusunda tədbir təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Ombudsman Səbinə Əliyeva, ŞİH-nin başçısı Vüqar Novruzov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Hüquq Mühafizə Orqanlarının rəhbərləri ilə birgə Naftalan Şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əsk etdirən foto stendlərə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan ŞİH-nin başçısı Konstitusiya və Suverenlik İli çərçivəsində bu tədbirlərin keçirilməsinin bir daha ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin prioriteti olduğunu qeyd edib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyeva bildirmişdir ki, Azərbaycanın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyun tarixindən sonra Ümummilli Liderin rəhbərliyi ilə milli qanunvericilik bazası formalaşdırılıb, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulmuş, insan hüquqları, o cümlədən həssas əhali qruplarının sosial-hüquqi müdafiəsi təmin edilib.

Daha sonra Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov “İnsan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqində Ombudsmanın rolu ” mövzusunda, İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdir müavini Aynur xanım Həmidova, Bərabərlik hüququnun təmin edilməsi sektorunun müdiri Cavidan Qorçiyev “Bərabərlik hüququ və ayrı–seçkiliyin qarşısının alınması. İnsan hüquqları kontekstində əsas prinsiplər” üzrə təqdimat təqdim ediblər.

Sonda mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar