Xəbər lenti

Gəncə şəhər “İmamzadə ziyarətgah” dini kompleksində “Qurban bayramı və dini həmrəylik: İslamın yardımlaşmağa verdiyi dəyər" mövzusunda tədbir keçirilib Fotolar

Tarix: 05-06-2025 09:05     Baxış: 966

İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin təşkilatçılığı ilə Gəncə  şəhər “İmamzadə ziyarətgah” dini kompleksində “Qurban bayramı və dini həmrəylik: İslamın yardımlaşmağa verdiyi dəyər" mövzusunda tədbir keçirilib. 
Mubarizciler.az xəbər verir ki, tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Naftalan şəhəri və Goranboy rayonu üzrə səlahiyyətli nümayəndəsi, Qazılar Şurasının üzvü Anar Orucov, Gəncə  şəhər “İmamzadə ziyarətgah” məscidinin imamı İlham Abbasov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin və dözümlülüyün möhkəmlənməsinə mühüm töhfə verir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Bu, xalqımızın mənəvi dəyərlərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizə də xüsusi diqqət və önəm verilməsi bu siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Milli-mənəvi dəyərlərin qorunması, təşviqi və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər xalqımızın zəngin irsinin yaşadılmasına və cəmiyyətimizdə mənəvi birliyin daha da güclənməsinə xidmət edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar