Xəbər lenti
18-11-2024, 12:06
 

Ülfət Əmiraslanov: Cənab Prezident İlham Əliyev yenə də sözü və əməli ilə tarix yazdı 0

Tarix: 22-02-2023 23:47     Baxış: 1 762

Cənab Prezident İlham Əliyev yenə də sözü və əməli ilə tarix yazdı.


Fevralın 18-də Münxen Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüşdə ölkə başçımız Azərbaycanla Ermənistan arasında sülh sazişinin beynəlxalq norma və prinsiplər əsasında imzalanması və müqavilədə Qarabağ haqqında hər hansı bir müddəanın yer almaması barədə qəti mövqeyini bildirdi: "Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun". Azərbaycanın sülh təklifinə Ermənistanın cavab təklifinin incələndiyini bildirən ölkə başçımız qarşı tərəfdən bu istiqamətdə kifayət qədər olmasa da, müəyyən irəliləyişlərin olduğunu diqqətə çatdırdı.

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. iclasda çıxış edən dövlət başçımız Azərbaycanın hələ uzun illər əvvəl logistika infrastrukturunun yaradılmasına yatırımlar etdiyini və bu gün artıq Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsinə əlavə imkanların olduğunu bildirmişdir.


Dövlətimizin başçısı, həmçinin Paşinyana mesajının da ünvanladı: "Mən də deyə bilərəm ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib".

Azərbaycan Prezidenti, həmçinin söyləyib ki, biz döyüşməyə məcbur olduq: "Biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət edəcək. Lakin biz gördük ki, heç bir irəliləyiş yoxdur. Ümumi bir fikir yaranmışdı ki, bu münaqişə dondurulub. Beləliklə, biz sübut etdik ki, münaqişə dondurulmayıb. Biz döyüşməyə məcbur olduq. Ləyaqətimizi, ərazi bütövlüyümüzü, ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün 3 min insanın həyatını qurban verməli olduq".

Çünk Prezident İlham Əliyev 3 il bundan əvvəlki konfransda “Qarabağ Azərbaycandır və nida işarəsi” dedi və yerinə yetirdi və bu gün də , sözü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirdi - Azərbaycanda artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur.

Bəli, Qalib liderimiz, Prezident İlham Əliyev yenə də sözü və əməli ilə tarix yazdı. Onun cəsarətli çıxışı həm Paşinyana, həm erməni diasporuna, həm də onların havadarlarına olan xəbərdarlıq idi. Bu, dünya erməniliyinin əsrlərdir dünyanı aldatmaq siyasətini ifşa edən addım olmaqla yanaşı, informasiya müharibəsində Ermənistanın mövqelərinə endirilmiş sarsıdıcı zərbə oldu.

Bir sözlə, istər 3 il öncə, istərsə də 2023-cü il fevralın 17-dən 19-nə kimi keçirilən Münxen Təhlükəsizlik Konfransı, həmçinin İkinci Vətən Müharibəsində sarsılmaz zərbələr alaraq acınacaqlı vəziyyətə düşən Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə cəsarət ilə Azərbaycanın qarşısında diz çökdü. Və bütün bu nailiyyətlər bir daha Prezident İlham Əliyevin dünya siyasətindəki yüksək nüfuzunu təsdiq etəklə, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti zirvəsi oldu.


Ülfət Əmiraslanov,

 Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar