Xəbər lenti

Seymur Orucov Ağstafanın Qarayazı qəsəbəsində növbəti dəfə vətəndaşları dinləyib Fotolar

Tarix: 04-06-2025 17:03     Baxış: 812

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa RİH başçısı Seymur Orucov rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir.  Mubarizciler.az xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Qarayazı qəsəbəsində təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilatları təmsil edən məsul şəxslər, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Səyyar qəbulda giriş nitqi söyləyən RİH başçısı qeyd edib ki, xalqımızın xilaskarı Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi xətti ilə ölkəmizi daim zirvələrə ucaldan və xalqımıza tarixi Qələbələr bəxş edən Prezident İlham Əliyevin qətiyyətli, müstəqil siyasətinin mərkəzində əhalinin rifahının təminatı, vətəndaşların qayğıları və təhlükəsizliyi dayanır. Bu gün müstəqil və suveren Azərbaycan daha qüdrətli dövlətə çevrilir, sosial sahəyə daim xüsusi diqqət göstərilir, xalqımız daha firavan həyata qovuşur, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm tədbirlər icra olunur.

Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar