Xəbər lenti

Lerikdə Polis məktəblilərin suallarını cavablandırıb Fotolar

Tarix: 04-06-2025 16:38     Baxış: 1 953

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Züvüç kənd tam orta məktəbində "Narkomaniya və erkən nikaha yox deyək!" mövzusunda maarifləndirici görüş təşkil edilib.

Mubarizciler.az xəbər verir ki, çıxış edən Lerik RPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Anar Şıxəliyev narkomaniyanın qlobal təhlükəsizliyə, cəmiyyətin inkişafına maneə törədən ən ciddi problemlərdən biri olduğunu vurğulayıb və məktəblilərə bu zərərli vərdişdən uzaq olmağı tövsiyə edib.

Tədbirdə həmçinin erkən nikahların fəsadları, ümumilikdə ailə quruluşuna və cəmiyyətə mənfi təsir göstərməsi haqqında geniş məlumat verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar