Xəbər lenti

Daşkəsənin İcra başçısı vətəndaşlarla görüşüb Fotolar

Tarix: 04-06-2025 16:29     Baxış: 742

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 04.06.2025-ci il tarixdə Şahvələdli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib və Şahvələdli kənd ümumi orta ümumtəhsil məktəbində olub.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Şahvələdli kəndində keçirdiyi növbəti səyyar qəbulda RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Sakinləri qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edən icra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifahının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Vurğulayıb ki, Prezident cənab İlham Əliyevin dövrün reallıqlarına uyğun qətiyyətlə yürütdüyü uğurlu müstəqil dövlətçilik siyasəti xalqımızın maraqlarının,  o cümlədən regionda təhlükəsizliyin əsas qarantıdır. Orxan Abbasov həmçinin ötən dövrlərdə rayon ərazisində aparılmış quruculuq, abadlıq  işlərindən və qarşıda duran vəzifələrdən söz açıb.

Sonra fərdi qaydada sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib, tədbirlər müəyyənləşdirilib. Müraciətlərin əksəriyyəti yerində həll edilib. Bir qismi də müvafiq qurumlara göndərilməsi üçün nəzarət qaydasında qeydiyyata alınıb.

Qəbulda iştirak edən Şahvələdli kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Kənd sakinləri ilə səyyar qəbuldan sonra icra başçısı Orxan Abbasov Şahvələdli kənd ümumi orta ümumtəhsil məktəbində şagirdlər və müəllim kollektivi ilə görüşüb, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, şagirdlərlə səmimi söhbət aparıb və tövsiyələrini verib. Eyni zamanda icra başısı Orxan Abbasov "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə məktəbin şagirdlərinə hədiyyələr təqdim edib, onlara dərslərində müvəffəqiyyətlər arzulayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar