Xəbər lenti
18-11-2024, 12:06
 

Xəyal Məmmədov: Münxen Təhlükəsizlik Konfransı dövlət başçısı İlham Əliyevin parlaq qələbəsi və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti məğlubiyyəti ilə yadda qaldı 0

Tarix: 22-02-2023 23:41     Baxış: 1 387

Münxen Təhlükəsizlik Konfransı dövlət başçısı İlham Əliyevin parlaq qələbəsi və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti məğlubiyyəti ilə yadda qaldı

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclas tarixdə bir ilk olaraq yaddaşlarda qaldı. Çünki tarixdə ilk dəfə olaraq Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri bir platformada görüşürdülər. Bu görüşdə əsas istiqamət Azərbayan və Ermənistan münasibətlərinin normallaşdırılması idi. Baxmayaraq ki, Ermənistanın baş naziri bu dəfə də əsassız fikirlər səsləndirməyə çalışır və bununla da konstruktivlikdən uzaq olduğunu sərgiləyirdi. Plenar iclasda Prezident cənab İlham Əliyev bir daha Azərbaycanın haqlı mövqedə olduğunu, öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə apardığını bəyan etdi. Azərbaycan hər zaman sülh tərəfdarı olub. Hətta torpaqlarımız işğalda olan 30 ilə yaxın müddətdə də Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Lakin Ermənistan vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. 

Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdilər. Cənab İlham Əliyev çıxışında bir çox məsələlərlə bağlı fikirlərini səsləndirdi, Azərbaycanın sülh təklifindən bəhs etdi, bir sözlə, Cənubi Qafqaz regionunun təhlükəsizliyi ilə bağlı Azərbaycanın xəritəsini təqdim etdi. “Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik” söyləyən Prezident İlham Əliyev bildirdi ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Bu işi gec yox, tezliklə tamamlayacağımıza ümid edirik. Bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər.

Münxen Təhlükəsizlik Konfransı dövlət başçısı İlham Əliyevin parlaq qələbəsi və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti məğlubiyyəti ilə yadda qaldı. Ermənistan rəsmisinin yenə də çıxışını yalan, qeyri-cidi fikirlər üzərində qurması konfrans iştirakçıları üçün sadəcə vaxt itkisi oldu. Prezident İlham Əliyev həm işğal, həm də postmünaqişə dövrünün reallıqlarını faktlar əsasında beynəlxalq auditoriyaya çatdırdı. Onu da xüsusi qeyd etməliyik ki, builki tədbirin iştirakçılarının say tərkibi geniş idi. Müzakirəyə çıxarılan məsələlərin, ən əsası plenar iclasın mövzusunun olduqca böyük maraq kəsb etməsi tədbirin gedişindən özünü qabarıq şəkildə büruzə verdi. Məhz bu marağın böyüklüyünə rəğmən dövlət başçısı İlham Əliyev plenar iclasdan sonra Azərbaycan televiziya kanallarna müsahibəsində bu məqamı xüsusi qeyd etdi ki, əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi.

Konfrans çərçivəsində aparılan müzakirələr Azərbaycanın mövqeyinin dəstəklənməsi ilə müşayiət olundu. Bu baxımdan ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanması lazımdır. Azərbaycan sülh təklifini iki il bundan əvvəl Ermənistana təklif edib. Dövlət başçısı İlham Əliyev bir daha bu çağırışı etdi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaq.


Xəyal Məmmədov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təçkilatının fəalı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar