Xəbər lenti

Goranboyun İcra başçısı Şəhid ailələri ilə görüşüb Fotolar

Tarix: 03-06-2025 10:39     Baxış: 1 358

Goranboyda Qurban bayramı ərəfəsində şəhid ailələri və qazilərlə görüş keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, “konstitusiya və suverenlik ili” ilə bağlı keçirilən ümumrayon tədbirləri çərçivəsində, Qurban bayramı ərəfəsində, rayonun müəyyən xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Xan Qərvənd kəndində,  1-ci Qarabağ müharibəsi şəhidi  Yaşar Ağalarov  və  Vətən Müharibəsi şəhidi Nahid Ağalarovun atası Musa Ağalarovun evində Xan Qərvənd, Əlirzalı, Yeniyol və Təklə kəndlərindən olan şəhid ailələri və qazilərlə görüş keçirdi.  İcra Başçısı şəhid ailələri və qazilərin sosial qayğıları ilə maraqlandı,  çay süfrəsi arxasında səmimi söhbətlər aparıldı.

Sonda Şəhid ailələri və Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar