Xəbər lenti
18-11-2024, 12:06
 

Səxavət Qədirov: Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın mövqeyinin, milli maraqlarının təbliği və tanıdılması baxımından vacib platformadır 0

Tarix: 22-02-2023 23:39     Baxış: 1 038

Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın mövqeyinin, milli maraqlarının təbliği və tanıdılması baxımından vacib platformadır

Fevralın 18-də cənab Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda iştirak edib. Münxen Təhlükəsizlik Konfransı dünyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ən aparıcı forumdur.Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qatıldığı Konfransda  800 nəfərdən çox iştirakçı dəvət olunub. Həmçinin Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edib. Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın mövqeyinin, milli maraqlarının təbliği və tanıdılması baxımından vacib platformadır. Ölkəmiz Münxen Təhlükəsizlik Konfransının illik görüşlərində də müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal təmsil olunur.

Görüşdə ölkə başçımız Azərbaycanla Ermənistan arasında sülh sazişinin beynəlxalq norma və prinsiplər əsasında imzalanması və müqavilədə Qarabağ haqqında hər hansı bir müddəanın yer almaması barədə qəti mövqeyini bildirdi: "Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun". Azərbaycanın sülh təklifinə Ermənistanın cavab təklifinin incələndiyini bildirən ölkə başçımız qarşı tərəfdən bu istiqamətdə kifayət qədər olmasa da, müəyyən irəliləyişlərin olduğunu diqqətə çatdırdı.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması daha çox bu iki ölkənin özündən asılıdr. Bu istiqamətdə Azərbaycan bütün lazımi addımları atıb, münasibətlərin normallaşması üçün hansı addımların hansı ardıcıllıqla atılmasının vacibliyini bildirib. Azərbaycan normallaşma, eyni zamanda, sərhədlərin müəyyənləşməsi prosesinin daha tez bir zamanda gerçəkləşməsində maraqlıdır. Münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacaq. Azərbaycan daim Ermənistanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu dəfələrlə ifadə edib. Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasətə rəğmən, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa daim səy göstərib. Ölkəmizin strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir. Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verir. Ermənistanın və havadarlarının isə yeni reallıqlarla barışaraq konstruktiv mövqe sərgiləməkdən və sülh prosesinə töhfə verməkdən başqa şansları yoxdur.

Ermənistanın münasibətləri normallaşdırmaq cəhdləri və Azərbaycanla sülh məsələsində vaxt udmaq üçün etdiyi gedişlər hər kəsə bəllidir.Münxen Konfransında Prezident İlham Əliyevin diplomatik demarşı ilə yadda qaldı və ölkəmizin növbəti siyasi uğuru olaraq müstəqillik tarixinə yazıldı. Qalib ölkə liderinin Münxendə ortaya qoyduğu mövqe dövlətimizin beynəlxalq miqyasda siyasi, iqtisadi üstünlüklərinin açıq-aydın ifadəsi idi. Prezident İlham Əliyevin Münxen toplantısında açıq şəkildə dünyanın gözü önündə Azərbaycanın mövqeyini çatdırması çox önəmli məsələ idi. Ermənistanla münasibətlərin normallaşması mümkündür. Bu, bütün region ölkələrinə fayda verəcək, iqtisadi inkişaf və sosial dinamizm mənbəyi olacaq.


Səxavət Qədirov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar