Xəbər lenti

Gəncədə Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib Fotolar

Tarix: 03-06-2025 08:42     Baxış: 1 120

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən  məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsi keçirilib.

Mubarizciler.az xəbər verir ki, Gəncə-Daşkəsən RTİ-nin inzibati binasında keçirilən müsahibəyə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, topladığı bala görə müraciət edənlər arasında ən yüksək bal toplamış namizədlər dəvət olunub.

Müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri (məktəbəqədər təhsillə bağlı qanunvericilik, məşğələnin təşkili metodikası, nağıletmə və şeir söyləmə bacarığı və ümumi dünyagörüşü) və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılıb.

Müsahibəyə vakant yer üzrə 8 namizəd dəvət olunub. 

Müsahibənin nəticəsi ilə bağlı namizədlərin əlaqə nömrəsinə SMS göndəriləcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar