Gəncədə 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş təhsil sərgisi keçirilib Fotolar
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş təhsil sərgisi keçirilib.
Mubarizciler.az xəbər verir ki, tədbirdən əvvəl rəsmilər və Gəncə şəhər Uşaq Evinin sakinləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Təhsil sərgisində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Elvin Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Gəncə Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva, Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev, GDRTİ və GŞİH-nin əməkdaşları, müxtəlif idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.
Sərgidə “Peşə təmayüllü siniflər”, həmçinin STEAM layihəsinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin təqdimatları nümayiş etdirilib. Bununla yanaşı, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin müxtəlif dərnəklərinin fəaliyyəti, eləcə də məktəblilərin hazırladıqları əl işləri və rəsm əsərləri sərgilənib.
Tədbirin davamında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxış edərək şagirdləri 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsildə uğurlar arzulayıb. O, bildirib ki, Azərbaycanda uşaq siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər uşaqlara sonsuz məhəbbətlə yanaşıb, onların sağlamlığı, keyfiyyətli təhsil və tərbiyə almaları, Vətənə və xalqa layiqli övlad kimi yetişmələri daim diqqət mərkəzində olub.
Tədbir bədii hiss ilə davam edib.
Xəbəri paylaş



