Xəbər lenti

Goranboyda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olundu Fotolar

Tarix: 31-05-2025 11:54     Baxış: 728

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy Olimpiya İdman kompleksində  “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirildi. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, bir qrup ictimai fəallar, məktəbəqədər və ümumtəhsil müəssisələrinin müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. İcra başçısı Məhərrəm Quliyev “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdi və onlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Ümummilli Liderimiz Heydər Əliyev uşaqlara qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər həyata keçirilir.Tədbirdə, istedadlı uşaqların ifasında konsert proqramları, əl işləri, rəsm sərgisi, rəqslər və müxtəlif idman növlərinə məxsus  idman nümunələri  nümayiş etdirildi, təhsildə fərqlənən məktəblilər rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olundular.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar