Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Gəncədə “Təhsildə şəffaflıq və korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib Fotolar

Tarix: 30-05-2025 22:11     Baxış: 1 085

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə idarənin İnzibati təşkilat sektorunun baş məsləhətçisi Nofəl Fərzəliyev tərəfindən “Təhsildə şəffaflıq və korrupsiyaya qarşı mübarizə” mövzusunda həyata keçirilən maarifləndirici görüşdə Gəncə şəhəri üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları və bağça müdirləri iştirak ediblər. 

Mubarizciler.az xəbər verir ki, görüş müddətində korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin əhəmiyyətindən danışılıb bu sahədə görülən profilaktik tədbirlər barədə geniş məlumat verilib. 

Təhsil müəssisələrində korrupsiya ilə mübarizə tədbirlərinin prioritet istiqamət kimi götürüldüyünü, əsas məqsədin təhsil sahəsində antikorrupsiya davranış modelinin formalaşmasından ibarət olduğu deyilib.

Maarifləndirici görüş korrupsiyaya qarşı mübarizəyə dair təlimatla tanışlıq və qarşılıqlı fikir mübadiləsi çərçivəsində davam etdirilib.

Qeyd edək ki, “Təhsildə şəffaflıq və korrupsiyaya qarşı mübarizə” mövzusunda görüşlər bütün təhsil sektorları üzrə həyata keçiriləcəkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar