Xəbər lenti
18-11-2024, 12:06
 

Ürfət Həsənov: Azərbaycan haqqın, ədalətin tərəfdarıdır 0

Tarix: 22-02-2023 23:35     Baxış: 1 529

Azərbaycan haqqın, ədalətin tərəfdarıdır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 fevral 2023-cü il tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda bir daha ölkəmizin haqlı mövqeyinə diqqət çəkdi. Prezident bəyan etdi ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. “Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur.” Nəticədə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirdi. Yenə də altdan-altdan Ermənistanın təcavüzkar siyasətini dəstəkləyənlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına bu və ya digər formada maneçilik törədir, tərəflər arasında qismən yaxınlaşma olarkən dərhal aktivləşərək vəziyyəti mürəkkəbləşdirirlər. Siyasi cəhətdən yetkin olmayan Paşinyan və komandası beynəlxalq “arbitrların” təsir dairəsinə düşür və sülh sazişi sənədinin imzalanmasına maneçilik törədirlər. Unudurlar ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün müharibə apardı, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi isə Ermənistan əhalisinin məğlub baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandatdır.

Münxen Təhlükəsizlik Konfransının məqsəd və məramına, missiyasına diqqət yetirdikdə Azərbaycana, Prezident İlham Əliyevə böyük dəyərin verilməsini şərtləndirən amillər özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan qalib ölkədir. Dövlətimizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün son iki ildə atdığı addımlar göz önündədir. Prezident İlham Əliyevin konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi dövlətimizin başçısının qlobal səviyyəli lider kimi şəxsiyyətinə böyük hörmətin göstəricisidir. Həmçinin ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, “Orta Dəhliz” kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu effektiv tərəfdaşlıqlar, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq tədbirin maraq dairəsindədir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki görüşlər Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzu, ölkəmizə, onun liderinə göstərilən etimad özünü bir daha aydın şəkildə nümayiş etdirdi. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan Münxen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdır


Plenar iclasdan sonra İlham Əliyevin televiziya nümayəndələrinə verdiyi açıqlamada Qarabağ məsələsinin hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilməsinin yolverilməz olduğunu qeyd etdi. Digər tərəfdən enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcəyinə də diqqət çəkdi. Enerji təhlükəsizliyi məsələləri beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunan gündəliyin ön sıralarındadır. Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Bu da Azərbaycanın gələcək fəaliyyətində qarşısında geniş imkanlar açır.


Ürfət Həsənov,

YAP Goranboy rayon təşkilatının fəalı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar