Xəbər lenti

Daşkəsəndə Polis məktəblilərin qonağı olub Fotolar

Tarix: 29-05-2025 14:00     Baxış: 833

Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun bir neçə tam orta məktəbinin şagirdlərinin iştirakı ilə narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Məhəmməd Əhmədbəyli narkotikin insanın immun sisteminə və dünyagörüşünə vurduğu ağır fəsadlardan bəhs edib.

Eləcə də erkən nikah mövzusuna da toxunan rəis, bu cür halın yaratdığı problemlər haqda ətraflı məlumat verib. Gənclərə bu problemlərlə üzləșməmək üçün sağlamlıqlarının qeydinə qalmağı və yüksək savada yiyələnmələri tövsiyə olunub. 

Həmçinin tədbirdə Polis Akademiyası haqqında da dolğun bilgilər verilib. Burada təhsil almaq istəyənlər üçün yaradılmış şərait şagirdlərin diqqətinə çatdırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar