Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Goranboyun İcra başçısı Kəhrizli kəndində olub Fotolar

Tarix: 29-05-2025 13:37     Baxış: 1 512

Goranboyda yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili rayon İcra Hakimiyyətinin diqqətindədir.

Goranboy rayon İcra Hakimiyyəti başçısının Kəhrizli kəndində vətəndaşlarla keçirdiyi səyyar qəbulu zamanı, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə vaxtı ilə istifadə olunmuş və sonradan yayarsız vəziyyətə düşmüş kənd idman meydançasının bərpa edilməsi ilə bağlı sakinlərin müraciətləri əsasında, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları yerli bələdiyyə və kənd sakinləri ilə birgə yerində araşdırma aparmışlar. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyənin dəstəyi ilə idman  meydançasında bərpa işləri aparılmış və istifadəyə yararlı vəziyyətə gətirilmişdir. 

Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bununla bağlı Kəhrizli kəndində oldu. 

Kənd ictimaiyyətinin nümayəndələri, o cümlədən bir qrup yeniyetmə və gənclərlə görüşən İcra Başçısı, kəndin həlli vacib mövcud sosial problemləri ilə yerində maraqlandı, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə kənddə idman infrastrukturunun yaxşılaşdırılması və genişləndirilməsi ilə bağlı söhbətlər aparıldı. İdman Meydançasında gələcəkdə əlavə əsaslı işlərin görülməsi, xüsusən gecə işıqlandırılmasının qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini bildirən Məhərrəm Quliyev, kənd futbol komandasının oyununu izlədi, sonda xatirə fotosu çəkildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar