Xəbər lenti

Elçin Kərimov qızıl medala layiq görülmüş Hüseyn İsmayılovla görüşüb Fotolar

Tarix: 27-05-2025 21:37     Baxış: 917

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin final mərhələsində birincilik əldə edərək qızıl medala layiq görülmüş Gəncə şəhər 27 nömrəli məktəb-liseyin XI sinif şagirdi Hüseyn İsmayılovla görüşüb. 

Mubarizciler.az ın məlumatına görə, görüşdə, həmçinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Kərimov və Hüseynin təhsil aldığı məktəb-liseyin direktoru da iştirak edib. 

Görüşdə Hüseyni əldə etdiyi uğur yüksək qiymətləndirilərək onun intellektual potensialı və təşəbbüskarlığı ilə daha böyük uğurlara imza atacağı vurğulanıb. 

Qeyd edək ki,  Hüseyn İsmayılov “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin final mərhələsində birincilik əldə edərək qızıl medala layiq görüldüyü üçün məktəb şagirdləri arasında dünyanın ən prestijli tədqiqat yarışması olan Regeneron Beynəlxalq Elm və Mühəndislik Sərgisi"ndə (ISEF) ölkəmizi təmsil edib.

Şagirdimizə uğurlar arzulayırıq.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar