Xəbər lenti

Sabirabadda “Narkomaniyaya yox deyək” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib Fotolar

Tarix: 27-05-2025 18:40     Baxış: 1 316

Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çöl Beşdəli, Qaraağac, Moranlı, Sarxanbəyli və Qaralar kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşlərdə çıxış edən RPŞ-nin rəis müavinləri - polis polkovnik-leytenantı Anar İmamquliyev və Emin Şirinov, eləcə də Qaragüney Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Sədrəddin Həsənov narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıblar. 

Bildirilib ki, gənclərin sağlam nəsil kimi formalaşması istiqamətində polis əməkdaşları tərəfindən təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir, narkomaniyaya qarşı mübarizənin əhəmiyyətindən danışılır.

Görüşlərdə çıxış edən digər iştirakçılar da narkomaniyanın fəsadlarından, insan sağlamlığına və həyatına göstərdiyi mənfi təsirlərdən söz açaraq iştirakçılara geniş məlumatlar veriblər.

Tədbirlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar