Xəbər lenti

Goranboyda 28 may - Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib Fotolar

Tarix: 27-05-2025 18:22     Baxış: 539

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında partiya fəalları, idarə, müəssisə rəhbərləri, Vətən müharibəsi qaziləri və bir qrup rayon ictimai fəallarının iştirakı ilə 28 may - Müstəqillik Gününə həsr olunmuş konfrans keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Daha sonra Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirildi.

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirdi. Cəmi iki ildən az müddətə mövcud olan şərqin ilk demokratik dövlətinin bir çox uğurlara imza atdığını qeyd etdi. Öz əməlləri, xidmətləri ilə gerçək bir tarix yaradan və hamımızın qəlbində xüsusi yeri olan əbədiyaşar liderimiz Heydər Əliyevin xidmətlərinin, fədakar əməyinin bəhrəsi olaraq bu gün müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadığını və müstəqillik yolunda dönmədən irəlilədiyini bildirdi.

Sonra tədbirdə geniş məruzə ilə çıxış edən YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini bildirdi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. 1991-ci il 18 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etmişdir”. Məhz müdrik Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq müstəqilliyimizin bu gün də qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir.


Daha sonra Şəhid Anası Nailə Məmmədova və digər çıxışçılar 28 May - Müstəqillik Gününün, Azərbaycan Xalq Cümhuriyyətinin və müsəlman dünyasında ilk dəfə demokratik respublikanın yarandığı tarixi gün olduğunu bildiriblər. Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoyduğunu, Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaratdığını qeyd ediblər. Çıxış edənlər,  müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu  qeyd edərək, 1991-ci ildə yenidən öz suverenliyini bərpa etmiş müasir Azərbaycanın, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçdiyini və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladığını vurğulayıblar.


Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar