Xəbər lenti

Naftalanda 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib Fotolar

Tarix: 27-05-2025 18:12     Baxış: 3 654

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, tədbirdə məktəbin pedaqoji heyəti və şagird kollektivi iştirak etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixi əhəmiyyəti barədə geniş məlumat verilmişdir.

Tədbiri məktəbin direktoru Fuad Zamanov açaraq iştirakçıları bayram münasibətilə təbrik etmişdir.

Direktor çıxışında 28 Mayın xalqımızın azadlıq və müstəqillik yolunda atdığı mühüm tarixi addım olduğunu vurğulamışdır. Fuad Zamanov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan və dəyərlərindən bəhs etmişdir. O, bugünkü müstəqil Azərbaycan Respublikasının həmin ideyaların layiqli davamçısı olduğunu qeyd etmişdir. Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etmişdir. Kompozisiyada vətənpərvərlik, azadlıq və milli birlik mövzuları əks olunmuşdur. Şagirdlər tərəfindən səsləndirilən şeirlər və səhnəciklər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.

Bu cür tədbirlərin keçirilməsi şagirdlərdə vətənə məhəbbət, tarixə hörmət və milli kimlik hissini gücləndirir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar