Xəbər lenti

Naftalanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib Fotolar

Tarix: 27-05-2025 15:59     Baxış: 658

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq şəhər ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

Mubarizciler.az xəbər verir ki, Heydər Əliyev parkında keçirilən aksiyada İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, şəhər Polis Şöbəsinin rəisi Zaur Bədəlov, digər məsul əməkdaşlar iştirak edib.

Həmçinin şəhər ərazisində mövsümi yaşıllaşdırma işləri aparılıb, mövcud və yeni əkilən yaşıllıq zonalarına aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

Aksiyanın keçirilməsində məqsəd ölkəmizin yaşıllaşdırma ənənələrini və əhali arasında təbiətə olan qayğı hissini təbliğ etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, ekoloji tarazlığın bərpası, ətraf mühitin sağlamlaşdırılmasından ibarətdir.

Naftalan şəhərinin estetik görünüşünə və ekoloji tarazlığına müsbət təsir göstərən yaşıllıq aksiyası yaz mövsümünün sonuna qədər davam edəcəkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar