Xəbər lenti

Qəbələdə “Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirilib Fotolar

Tarix: 27-05-2025 12:40     Baxış: 742

Qəbələ rayon prokurorluğunda “Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirilib.

Mayın 27-də Qəbələ rayon prokurorluğunda “Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar təşkil olunub. 

Mubarizciler.az xəbər verir ki, bu barəsə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Tədbirdə prokurorluq əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Seminara giriş sözü ilə başlayan Qəbələ rayon prokuroru Nazim Babayev, Azərbaycan Respublikasının hüquqi sisteminin inkişafında, xüsusilə dövlətin suverenliyinin qorunması və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində prokurorluğun rolunu vurğulayıb. O, həmçinin, prokurorluğun müasir dövrdə qarşılaşdığı yeni çağırışlar və problemlər barədə ətraflı məlumat verərək, prokurorluğun bu sahədəki mövqeyini açıqlayıb. Nazim Babayev, hüquqi təhsil və ictimaiyyətin hüquqi maarifləndirilməsinin əhəmiyyətini qeyd edərək, gənclərin hüquq sahəsindəki biliklərinin artırılmasının vacib olduğunu bildirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov, çıxışında prokurorluq orqanlarının fəaliyyətində şəffaflığın və ictimaiyyətlə əlaqələrin gücləndirilməsinin vacibliyini önə çəkib. O, prokurorluğun müasir dövrdəki çağırışlarla necə mübarizə apardığını və bu prosesdə cəmiyyətin dəstəyinin əhəmiyyətini diqqətə çatdırıb. Kənan Zeynalov, prokurorluğun strukturu və funksiyalarını izah edərək, hüquqi islahatların gücləndirilməsi və dövlətin hüquqi təminatlarının daha da təkmilləşdirilməsinə yönəldildiyini bildirib.

Seminarda müzakirə olunan mövzularda hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı aktual məsələlərə toxunulub. Çıxışçılar, həmçinin, müasir dövrün tələblərinə uyğun olaraq, prokurorluğun qarşısında duran vəzifələrə dair məlumatlar veriblər. 

Tədbir interaktiv formatda davam edib. İştirakçılar çıxışçılara müxtəlif hüquqi məsələlər üzrə suallar ünvanlayaraq, ətraflı məlumat əldə ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar