Xəbər lenti

Ərdoğan İlham Əliyevi təbrik etdi

Tarix: 26-05-2025 21:05     Baxış: 2 464

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Mubarizciler.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident, əziz Qardaşım.

Can Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını xalqım adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar bayramın ildönümündə Türkiyə kədərli və sevincli günlərdə hər zaman birlikdə olduğu Can Azərbaycanın həm regionda, həm də onun hüdudlarından kənarda əldə etdiyi nailiyyətlərdən qürur duyur və yüksək səviyyəli əlaqələrimizi “Bir millət, iki dövlət” ruhunda daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq hissi keçiririk. Qardaşlıq əlaqələrimizin və bənzərsiz əməkdaşlığımızın bizi ortaq inkişaf hədəflərimizə gündən-günə daha çox yaxınlaşdırdığını, ölkələrimizi daha da güclü və firavan etdiyini məmnuniyyətlə müşahidə edirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm”.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar