Xəbər lenti

Nəsimi Rayon Prokurorluğunda “Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirilib Fotolar

Tarix: 26-05-2025 12:35     Baxış: 889

Mayın 23-də Nəsimi rayon rokurorluğunda

 “Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirilib.

Tədbirdə Qarabağ Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr və media nümayəndələri iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Seminarı giriş sözü ilə açan Nəsimi rayon prokuroru Həsən Hənifəyev Azərbaycan Respublikasının müasir hüquqi sisteminin formalaşmasında, xüsusilə dövlət suverenliyinin qorunması və Konstitusiyanın qəbul olunması prosesində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu qeyd edib. O, bu istiqamətdə gənclərin hüquqi düşüncəsinin və vətənpərvərlik ruhunun gücləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli, Nəsimi rayon prokurorunun müavini Fərid Dadaşov və Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov hüquqi maarifləndirmənin, prokurorluq orqanlarının müasir dövrdə qarşılaşdığı çağırışların və cəmiyyətlə əlaqələrin əhəmiyyətindən danışıblar. 

Çıxışlarda həmçinin vurğulanıb ki, 1995-ci ildə qəbul olunan Konstitusiya hüquqi dövlətin əsasını qoymaqla bərabər, xalqın suveren iradəsini əks etdirib və bu proses birbaşa Heydər Əliyevin liderliyi ilə həyata keçirilib.

Seminarın sonunda iştirakçılara ümummilli lider Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərini əks etdirən sənədli film nümayiş etdirilib. 

Tədbir interaktiv formada davam edib, tələbələr çıxışçılara hüquqi sahədə maraqlandıran suallar ünvanlayaraq cavablar əldə edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar