Xəbər lenti

Şirvan Polisi məktəblilərin suallarını cavablandırıb FOTOLAR

Tarix: 24-05-2025 09:26     Baxış: 1 043

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 16 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Mubarizciler.az xəbər verir ki, görüşdə çıxış edən şəhər polis şöbəsinin rəisi polis polkovniki Seymur Əfəndiyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb.

 Bildirib ki, gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə aparılır, zərərli maddələrin qurbanına çevrilən insanların normal həyata qayıda bilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilir.

Daha sonra çıxış edən digər iştirakçılar da narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, narkotik vasitələrin fəsadlarından danışaraq şagirdlərə dəyərli tövsiyələr veriblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar