Xəbər lenti

Goranboyda "Dini biliklərin əldə olunmasında sağlam mənbələrin əhəmiyyəti" mövzusunda tədbir keçirilib Foto

Tarix: 23-05-2025 00:33     Baxış: 896

Mayın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Goranboy rayonu Tatarlı kənd tam orta məktəbində "Dini biliklərin əldə olunmasında sağlam mənbələrin əhəmiyyəti" mövzusunda tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy rayonu üzrə gənclər və idman sektoru əməkdaşı Vüqar Xəlilov, Goranboy Rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini Nurlan Hüseynzadə, Safıkürd kənd məscidinin imam müavini Elnur Cəfərov, məktəbin direktoru Cavid Sadıqov, eləcə də məktəblilər iştirak ediblər.
Çıxışlarda dini biliklərin əldə olunmasında etibarlı və sağlam mənbələrə istinad etməyin vacibliyi vurğulanıb. Radikalizm və ekstremizmin doğurduğu fəsadlar, gənclərin bu təhlükəli meyillərdən qorunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib. Milli-mənəvi dəyərlərimizin qorunması və gənclərin bu dəyərlər əsasında tərbiyə olunması, intellektual gəncliyin formalaşmasında təhsilin rolu xüsusi vurğulanıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar