Xəbər lenti

Emin Eyvazov Goranboy şəhərində yeni istifadəyə verilmiş Med life Hospitalın fəaliyyəti ilə yerində tanış olub FOTOLAR

Tarix: 22-05-2025 11:27     Baxış: 1 778

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Goranboy şəhərində yeni istifadəyə verilmiş Med life Hospitalın fəaliyyəti ilə yerində tanış oldular.  Mubarizciler.az xəbər verir ki, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Goranboy rayonunda da sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırmışdır.

Bunun sayəsində son dövrlər rayonda özəl istehsal müəssisələri, orta və iri sahibkarlıq obyektləri fəaliyyətə başlamışdır. Bu istiqamətdə həyata  keçirilən əsaslı  tədbirlərin nəticəsidirki,  Goranboy şəhərində,  2023-cü ilin  mart ayında tikintisinə başlanmış,   inşasına ümumilikdə 15 milyon manat vəsait xərclənilmiş və ən müasir, yüksək keyfiyyətli  tibbi avadanlıqlarla  təhciz edilmiş  özəl tibb müəssisəsi – Med life Hospital artıq əhalinin istifadəsindədir. 98 çarpayılıq Hospitalda ambulator, stasionar, cərrahiyyə, doğuş və təcili yardım şöbələri, o cümlədən ambulator şöbədə  ginekologiya, travmotologiya, lor, oftalmologiya, bütün laborator müayinələr, hər növ ultrasəs müayinələri və radiologiya xidmətləri fəaliyyət göstərir. Burada 150 nəfər işlə təmin olunmuşdur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar