Goranboyda seminar-müşavirə keçirildi FOTOLAR
Goranboyda "Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın və birgə fəaliyyətin təşkili, eləcə də mövcud problemlər" mövzusunda seminar-müşavirə keçirildi.
Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə müvafiq tədbirlər planının icrası ilə əlaqədar, "Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın və birgə fəaliyyətin təşkili, eləcə də mövcud problemlər" mövzusunda rayon İcra Hakimiyyətinin inzibati binasında seminar-müşavirə keçirildi.
Mubarizciler.az xəbər verir ki, tədbirdə, Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov, Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi Ramin Orucov, Regional Mərkəzin əməkdaşları, idarə rəhbərləri, icra nümayəndələri, bələdiyyələr və məktəb direktorları iştirak etdilər.
Müşavirədə “Yanğından mühafizə sahəsində görülmüş işlər və mövcud problemlər”, “Yanğın təhlükəsizliyi sahəsində görülmüş işlər və mövcud problemlər”, “Tikintiyə dövlət nəzarətinin təşkili” və “Goranboy rayonunda mülki müdafiənin vəziyyəti, qarşılıqlı fəaliyyətin təşkili” mövzularında ətraflı çıxışlar edildi.
Xəbəri paylaş



