Xəbər lenti

Bakıda GlobE Şəbəkəsinin Plenar İclası davam edir – 21 mayda əsas müzakirələr mərhələsinə keçilib FOTOLAR

Tarix: 21-05-2025 22:36     Baxış: 686

Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclas 2025-ci il 20–23 may tarixlərində Bakı şəhərində təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Mötəbər beynəlxalq tədbirə 92 ölkədən 120-dən artıq dövlət qurumunu təmsil edən nümayəndələr, o cümlədən prokurorluq orqanları, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar toplaşıb. Ümumilikdə 300-dən çox nümayəndə tədbirdə fiziki olaraq iştirak edib, 60-dan artıq iştirakçı isə iclası onlayn formatda izləyib. Plenar iclas çərçivəsində yüzdən artıq təqdimatın keçirilməsi nəzərdə tutulub.

Tədbirin proqramına uyğun olaraq, mayın 21-də GlobE Şəbəkəsinin 2024-cü il üzrə fəaliyyət hesabatı və 2025-ci il üzrə iş planı Plenara təqdim olunub və müzakirələrdən sonra təsdiq edilib.

Bununla yanaşı, Avropa İttifaqının Cinayət Ədliyyəsi Əməkdaşlıq Agentliyi (EUROJUST) və Afrika Baş Dövlət Müfəttişlikləri və Oxşar Qurumların Forumunun (FIGE) müşahidəçi statusu ilə GlobE Şəbəkəsinə qoşulması məsələsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Plenar iclasda bir sıra beynəlxalq təşkilatların nümayəndələri – Avropa Prokurorluğu Təşkilatının (EPPO) rəhbərinin müavini Petr Klement, IAACA-nın Baş Katibi Chin Kit Cheung, IACA-nın nümayəndəsi Samuel De Jaegere, IAP-ın Baş Müşaviri Şenaz Muzaffer və INTERPOL-un İcraçı Direktoru Darrin Cons təmsil etdikləri qurumların korrupsiyaya qarşı fəaliyyəti barədə təqdimatlar ediblər.

GlobE Şəbəkəsinin üzvləri arasında birbaşa məlumat mübadiləsinə dair Rəhbər Prinsiplər və tətbiq olunan formalar müzakirə olunub, UNODC eksperti Draqo Kos məlumat mübadiləsinə dair Nümunəvi Saziş layihəsindəki yeniliklər barədə məlumat verib.

Korrupsiyaya qarşı əməliyyat-axtarış tədbirlərinin texniki və taktiki aspektlərinə dair Hindistan, Çin və Uqanda nümayəndələri praktiki təcrübələrini bölüşüblər.

Daha sonra “korrupsiya cinayətləri törətmiş şəxslərə digər ölkələrdə sığınacaq verilməsinin yolverilməzliyi” mövzusunda beynəlxalq hüquqi müddəalar və dövlətlərin təcrübələri üzrə təqdimatlar dinlənilib. Sessiyaya UNODC-nin Regional Müşaviri Vladimir Kozi moderatorluq edib.

“Şübhəli maliyyə hesablarından ödənişlərin dayandırılması: Cinayət işlərində şübhəli bank hesablarının sürətli dondurulması” mövzusunda keçirilmiş sessiyada isə Koreya, Qazaxıstan və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Bundan əlavə, vergi korrupsiyası, əmlakın bərpası və digər aktual mövzulara dair paralel tədbirlər, vorkşoplar və ikitərəfli görüşlər təşkil olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar