Xəbər lenti

Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib FOTOLAR

Tarix: 21-05-2025 18:32     Baxış: 588

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Mubarizciler.az xəbər verir ki, qəbula gələn vətəndaşlar əsasən maddi köməklik, işlə təminat, sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, əkin üçün bələdiyyədən torpaq sahəsinin ayrılması, işğaldan azad edilmiş ərazilərdə mənzillə təmin olunma, torpaqla bağlı məhkəmə mübahisəsi, evinin yaxınlığında qəzalı vəziyyətdə olan ağacın kəsilməsi, yanmış evinin bərpasına köməklik  və digər məsələlərlə bağlı müraciət ediblər

Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar