Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Daşkəsənin İcra başçısı səyyar qəbul keçirdib FOTOLAR

Tarix: 21-05-2025 17:59     Baxış: 875

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 21.05.2025-ci il tarixdə Muşavaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Muşavaq kəndində keçirdiyi səyyar qəbulda RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Daşkəsənin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, o cümlədən son illər Muşavaq kəndində görülmüş işlər barədə danışaraq bildirib ki, əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Sonra vətəndaşların müraciətləri dinlənilib. 

İcra başçısı Orxan Abbaov qaldırılan məsələlərin həll edilməsi üçün əlaqədar qurumlara tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində icra olunub, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti qurumlara çatdırılması məqsədilə nəzarətə götürülüb, müvafiq tədbirlər müəyyənləşdirilib.

Qəbulda iştirak edən Muşavaq kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar