Xəbər lenti

Lənkəran Polisi məktəblilərin qonağı olub FOTOLAR

Tarix: 21-05-2025 15:10     Baxış: 1 267

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniya ümumbəşəri bəladır!" mövzusunda rayon məktəbliləri ilə görüş keçirilib.

Mubarizciler.az ın məlumatına görə, Heydər Əliyev mərkəzində təşkil olunan maarifləndirici tədbirdə çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Azər Cahangirov, RİH başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran-Astara regional gənclər və idman idarəsinin rəisi Teymur Babazadə, Lənkəran rayonlararası narkoloji xəstəxananın baş həkimi Vüqar Quliyev, Lənkəran-Astara regional təhsil idarəsinin müdir müavini Rəhim Rəhimov və digər aidiyyəti qurumların nümayəndələri sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin mühüm yer tutduğunu bildiriblər. 

Qeyd olunub ki, bu istiqamətdə ən effektiv addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin gücləndirilməsidir. 

Çıxışlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli mübarizə tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verilib.

Tədbirin sonunda müzakirə edilən mövzu ilə bağlı videoçarx nümayiş olunub və məktəblilərin sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar