Xəbər lenti

Xaçmazın İcra başçısı vətəndaşların müraciətlərini dinləyib FOTOLAR

Tarix: 20-05-2025 22:31     Baxış: 623

Köhnə Xudat kəndində sakinlərin müraciət və təklifləri dinlənilib.

Mubarizciler.az xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov  Köhnə Xudat kəndində səyyar qəbul keçirib.

Qəbulda yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. 

Səyyar qəbul zamanı Köhnə Xudat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Köhnə Xudat, Aşağı Ləgər, Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba sakinlərinin müraciəti dinlənilib. 

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatının yaxşılaşdırılması və yeni məktəb binasının tikintisi ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar