Xəbər lenti

YAP Xətai rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində partiyanın bir qrup fəal gənci ilə görüş keçirilib FOTOLAR

Tarix: 20-05-2025 18:25     Baxış: 532

May ayının 20-də  Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının inzibati binasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində partiyanın bir qrup fəal gənci ilə görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakının bu siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. 

Ramil Mirzəyev çıxışında bildirib ki, qarşıya qoyulmuş məqsədlərin öhdəsindən layiqincə gələn gənclərimiz dövlətimizin və xalqımızın etimadını doğruldaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yaratdılar. Görüşdə çıxış edən millət vəkili Pərvanə Vəliyeva  son illərdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunmuş uğurlardan danışıb, Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədləri, prinsipləri və istiqamətləri haqqında öz fikirlərini bölüşüb. Millət vəkili partiyanın irəli sürdüyü təşəbbüslərin, qəbul etdiyi qərarların  Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verdiyini bildirib. 

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının məsləhətçisi Fidan Əliyeva çıxışında bildib ki, hər bir ölkənin gələcəyini, perspektiv inkişafını, sürətlə dəyişən dünyada özünün layiqli yer tutmasını şərtləndirən amillər sırasında gənclərin xüsusi rolu vardır. Fidan Əliyeva gənclərin yüksək səviyyəli təhsil almalarının, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələrinin, ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirakının, dövlət idarəçiliyinə cəlb olunmalarının vacibliyini qeyd etdi. Sosial medianın həyatımızdaki önəmindən bəhs edən Fidan Əliyeva  onu siyasət üçün vacib kommunikasiya və piar vasitələrindən biri kimi dəyərləndirdi.

 Görüşdə çıxış edən digər natiqlər - Bahar Məmmədova, Aytac Axundova, Cahan Bayramlı, Zümrüd Əliyeva və başqaları Yeni Azərbaycan partiyasının üzvü olan gəncləri daha fəal olmağa səslədilər.

Tədbirdə YAP Xətai rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə Fəxri Fərman və Sertifikatlar təqdim edildi.

Sonda xatirə şəkili çəkildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar