Xəbər lenti

Goranboyda mini futbol üzrə rayon birinciliyinin final oyunu keçirildi FOTOLAR

Tarix: 20-05-2025 18:10     Baxış: 1 652

Goranboyda “Konstitusiya və Suverenlik ili” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci il dönümü ilə bağlı,  təşkil olunan mini futbol üzrə rayon birinciliyinin final oyunu keçirildi.

“Konstitusiya və Suverenlik ili”  ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədilə Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci il dönümü ilə bağlı,  rayonun idarə və təşkilatları arasında  təşkil olunan mini futbol üzrə rayon birinciliyinin final oyunu keçirildi.

Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu uzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində təşkil olunan yarışın final mərhələsində Uşaq Gənclər İdman Şahmat Məktəbinin və Olimpiya İdman Kompleksinin komandaları qarşılaşdılar. Final oyununun nəticəsinə görə, UGİŞM komandası 1-ci yerin qalibi oldu. Bu münasibətlə keçirilən təltifetmə mərasimində rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP rayon təşkilatının sədri Samir Qocayev və digər aidiyyəti məsul şəxslər iştirak etdilər. Final görüşündən sonra qalib komandalar kubok və medalla təltif olundu.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar