Xəbər lenti

İcra başçıları Naftalanda müalicə alan qaziləri ziyarət ediblər FOTOLAR

Tarix: 19-05-2025 16:58     Baxış: 847

Naftalan və Yevlax Şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə növbəti dəfə reallaşan sosial layihə çərçivəsində Yevlaxdan bir qrup qazi ölkəmizin müalicəvi turizm mərkəzi sayılan Naftalan şəhərində fəaliyyət göstərən “Gold Naftalan” müalicə və sağlamlıq mərkəzində müayinə olunaraq müalicə alırlar.

Mubarizciler.az xəbər verir ki, İcra başçıları Vüqar Novruzov və Anar Tağıyev müalicə-sağlamlıq mərkəzində qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə tanış olub, müalicə prosesi ilə maraqlanıblar.

Qazilər onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib və buna görə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Naftalan ŞİH bu sosial layihəyə 2022-ci ilin iyul ayında start verib. Ötən dövr ərzində Naftalan Şəhər İcra Hakimiyyətinin Yevlax, Abşeron, Nizami və Tərtər Rayon İcra Hakimiyyətlərinin birgə reallaşan layihələri çərçivəsində şəhid ailələri və qazilər şəhərimizdə fəaliyyət göstərən müalicə-sağlamlıq mərkəzlərində müayinə və müalicə alıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar