Xəbər lenti

Tərtərdə şəhid ailəsi ziyarət edilib FOTOLAR

Tarix: 19-05-2025 12:51     Baxış: 812

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid Ayşad  Əzizovun ailəsi ziyarət edilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla  birlikdə Əskipara kəndində  şəhid Əzizov Ayşad Qaryağdı oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.

Mubarizciler.az xəbər verir ki, Ayşad Əzizov  05 sentyabr 1990-ci ildə Tərtər rayonun Əskipara  kəndində anadan olub. O, 29 sentyabr 2020-ci il tarixdə, 30 yaşında Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ayşad Əzizov ölümündən sora “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə tərtif olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar