Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Baş Prokurorluğun idarə rəisi Qarabağ Universitetində tələblərlə görüşüb FOTOLAR

Tarix: 19-05-2025 12:46     Baxış: 938

Mayın 16-da Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Qarabağ Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrlə görüşərək “Cinayət məsuliyyətindən və cəzadan azad etmə” mövzusunda mühazirə (ustad dərsi) deyib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Praktiki bilik və bacarıqların artırılması məqsədi daşıyan mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Mühazirə Qarabağ Universiteti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında 18 dekabr 2024-cü il tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib. 

Müvafiq mövzularda mühazirələrin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Qarabağ Universiteti eyni zamanda Baş Prokurorluğun təşəbbüsü ilə reallaşdırılan “ECOLEAD” layihəsinin tərəfdaşlarından biridir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar