Xəbər lenti

Göygölün İcra başçısı vətəndaşları qəbul edib FOTOLAR

Tarix: 19-05-2025 12:40     Baxış: 427

Göygöl Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinin hər birinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşları narahat edən hər bir məsələ ilə yaxından tanış olunub, qaldırılan müraciət və təkliflərin hər biri yerində dinlənilib.

Mubarizciler.az xəbər verir ki, qəbul zamanı şəhid ailələri, qazilər və müharibə iştirakçılarının hər birinin müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, yaşadığı evin təmir olunmasına köməklik göstərilməsi eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.

Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, qaldırılan məsələlərin həlli üçün müəyyən tədbirlər görüləcəyini diqqətə çatdıraraq bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar