Xəbər lenti

Seymur Orucov karate üzrə ağstafalı dünya çempionu Tahir Ələkbərovla görüşüb FOTOLAR

Tarix: 17-05-2025 12:35     Baxış: 1 022

Seymur Orucov karate üzrə ağstafalı dünya çempionu Tahir Ələkbərovla görüşüb, idmançını Təşəkkürnamə və hədiyyə ilə təltif edib.

Mubarizciler.az xəbər verir ki, Ağstafa RİH başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə həmçinin başçının müavinləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin məsul şəxsləri, dünya çempionunun yetirməsi olduğu klubun adını daşıyan şəhid Ramiz Mustafayevin anası Mahnur Mustafayeva, dünya çempionunun atası Samir Ələkbərov iştirak ediblər.

Məlumat üçün əlavə edək ki, Tahir Ələkbərov 11 may 2025-ci il tarixlərdə Polşanın Pulavı şəhərində Azərbaycanın milli komandasının tərkibində fudokan karate üzrə 10-cu dünya çempionatında gənc oğlanlar arasında (16-17 yaş 75 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

RİH başçısı dünya çempionunu Ağstafa Rayon İcra Hakimiyyətinin Təşəkkürnaməsi və hədiyyə ilə təltif edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar