Xəbər lenti

Daşkəsənin İcra başçısı vətəndaşları qəbul edib - Fotolar

Tarix: 16-05-2025 23:07     Baxış: 889


Daşkəsən Rayon İcra Hakimiyyətində 16.05.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul şəxslərinin, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə sakinləri qəbul edib, onların müxtəlif məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib. 

Yerində həll edilə bilən məsələlər icra olunub, əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq dövlət qurumlarına yönləndirilməsi məqsədilə nəzarət qaydasında qeydiyyata götürülüb, həmçinin izahat işləri aparılıb.

Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyətində hər həftənin cümə günü saat 11:00-da təşkil olunan qəbul günləri rayonda dövlət orqanları ilə sakinlər arasında etibarlı bir əlaqə olmaqla vətəndaşların dövlət xidmətlərinə etimadını artırır və onların problemlərinin daha sürətli həllinə şərait yaradır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar