Xəbər lenti

Tarix-Coğrafiya aylığı çərçivəsində Naftalan Turizm İnformasiya Mərkəzinə ekskursiya təşkil edilib - Fotolar

Tarix: 16-05-2025 22:58     Baxış: 2 170

Tarix-Coğrafiya aylığı çərçivəsində Naftalan şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbin 6-b sinif şagirdləri, məktəbin direktoru və eyni zamanda həmin sinfinin coğrafiya müəllimi Zamanov Fuadın rəhbərliyi ilə Naftalan Turizm İnformasiya Mərkəzində ekskursiyada olublar.

Mubarizciler.az xəbər verir ki, ekskursiya zamanı şagirdlərə Naftalan şəhərinin tarixi, coğrafi mövqeyi, iqlimi, yerli təbii sərvətləri və xüsusilə Naftalan nefti haqqında geniş məlumat verilib. Onlar Turizm İnformasiya Mərkəzində şəhərin tarixini, müalicəvi turizm potensialını, sanatoriyaları və Naftalan neftinin unikal xüsusiyyətlərini əks etdirən stendlərlə tanış olublar. Bu cür ekskursiyalar şagirdlərin fənn biliklərini təcrübə ilə birləşdirməsi, vətənpərvərlik ruhunun aşılanması və doğma diyar haqqında daha dərindən məlumat əldə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 Qeyd edək ki, Naftalan şəhəri Azərbaycanın qərbində yerləşən, dünyada müalicəvi nefti ilə tanınan nadir kurort bölgələrindən biridir. Bu neft bir çox dəri, oynaq və sinir sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. Şəhərdə fəaliyyət göstərən sanatoriyalar və kurort mərkəzləri həm yerli, həm də xarici turistlərə yüksək səviyyəli xidmət göstərir.

  Naftalanın iqlimi yarımsəhra və mülayim isti tipdədir ki, bu da ilboyu sağlamlıq turizmi üçün əlverişli şərait yaradır. Tarixi baxımdan da Naftalan qədim zamanlardan bu yana müalicə və ticarət məkanı kimi tanınıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar