Xəbər lenti

Elçin Kərimovun rəhbərliyi ilə ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib - Fotolar

Tarix: 16-05-2025 21:38     Baxış: 1 071

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşdə Respublika Fənn Olimpiadalarının nəticələrinin təhlili, Lütfi-Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Respublika fənn müsabiqəsi nəticələrinin təhlili, “Məktəblilərarası Milli  Hakaton – 2025” müsabiqəsinin əyani mərhələsinin nəticələrinin təhlili, PİSA – Beynəlxalq qiymətləndirməsi, hüquq-mühafizə orqanları ilə birgə aparılan monitorinqlər, təhsildən yayınan şagirdlərin təhlili, dərsdənkənar məşğələlərin və məktəbli formasından istifadənin monitorinqlərinin təhlili və yoxlama-nəzarət tədbirlərinin nəticələri barədə sektorlar və ümumi təhsil məktəbləri üzrə təhlillər təqdim edilib. 

Görüşün davamında idarə müdiri Elçin Kərimov təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu bildirib və qarşıda duran vəzifələr barədə məlumat verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar