Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Gürcüstan nümayəndə heyəti hərbi hissələri ziyarət edib - FOTO 0

Tarix: 21-02-2023 18:07     Baxış: 1 557



Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili Əməliyyat (Komando) və Hərbi Hava Qüvvələri (HHQ) hərbi hissələrini ziyarət ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Komando hərbi hissəsinə gələn nümayəndə heyəti burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.

Hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyib.

Sonra nümayəndə heyəti HHQ-nin pilotsuz uçuş aparatları hərbi hissəsinə gələrək silahlanmada olan hərbi texnika ilə tanış olub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar